"Araz-Naxçıvan" Misli Premyer Liqasının 2024-2025-ci il mövsümündə son oyununu mayın 25-də keçirəcək. "Liv Bona Dea Arena"da komandamız "Zirə"ni qəbul edəcək. Görüş saat 19:30-da keçiriləcək. Bu qarşılaşma həm də cari çempionatın son oyunu olacaq.
Qeyd edək ki, aktivində 58 xal olan "Araz-Naxçıvan"ın mövsümü 3-cü pillədə başa vuracağı dəqiqləşib. "Qırmızı-ağlar" yeni mövsümdə ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək.